Müharibəyə son qoyulması üçün anlaşmanın əsas hissəsi effektini itirib – İran XİN

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İrana hücumlarını dəfələrlə təkrarlaması müharibəyə son
qoyulması üçün anlaşma memorandmumun əsas və önəmli hissəsi
effektini itirib.

Bu, İran Xarici İşlər Nazirliyinin (XİN) yayımladığı bəyanatda
öz əksini tapıb.

“İrana qarşı hücumların təkrarlanması, ABŞ hökumətinin İslamabad
anlaşma memorandumunun 10-cu müddəasına əsasən öhdəlik götürdüyü
İranın neft satışına icazənin ləğv edilməsinə dair ABŞ Xəzinədarlıq
Departamentinin qərarı, İranın Hörmüz boğazında tətbiq etdiyi
planların pozulması, İsrailin Livana qarı hərbi hücumları davam
etməsi müharibəyə son qoyulmasına dair anlaşmanın memorandumunun
əsas və önəmli hissələri effektini itirib. Bu gərginliyin mənfi
nəticələrində ABŞ tərəfi məsuliyyət daşıyır”, – deyə bəyanatda qeyd
olunur.

İran XİN bildirir ki, İran bütün dövlətlər, xüsusilə Fars
körfəzinin cənub hissəsində yerləşən qonşu ölkələrin İrana qarşı
hücumlar həyata keçirmək üçün qarşı tərəflərə öz ərazi və
imkanlarından istifadə etməyin qarşısını almaq üçün beynəlxalq
hüquqi öhdəliyinin vacibliyini qeyd edir.




Bəyanata əsasən, İran ABŞ-nin hücumlarının dəfələrlə
təkrarlanmasını kəskin şəkildə qınayır və BMT Təhlükəsizlik Şurası
və BMT baş katibinin regional və beynəlxalq sülh qarşısındakı
öhdəliyini xatırladır və qeyd edir ki, İran silahlı qüvvələri BMT
Nizamnaməsinin 15-ci maddəsinə əsasən öz ərazi bütövlüyü,
suverenliyi və təhlükəsizliyinin müdafiəsini təmin edir və İrana
hücum olunan məkanları atəşə tutacaq.

Bildirək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verdiyi
açıqlamada qeyd edib ki, komandanlığın qüvvələri iyulun 7-də İrana
qarşı növbəti hücum əməliyyatını başa çatdırıb və İranın Hörmüz
boğazından keçən kommersiya gəmilərinə son hücumlarına dərhal cavab
olaraq yüksək dəqiqlikli sursatlarla 80-dən çox hədəfi vurub.

İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə
tutduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir