Dövlət Agentliyinə təyinat alan yeni sədr müavini kimdir?

Baş səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

Modern.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Qurban oğlu Məmmədov ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

V.Məmmədov bunadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləyib.

O, 4 oktyabr 1969-cü ildə Bakı şəhərində anadan olub.

Qeyd edək ki, təyinat haqda ilk xəbəri “Unikal.az” yayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir