Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İordaniya atasında viza rejimi ləğv edilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında
məlumat paylaşılıb.

Məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici
işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında iki
mühüm sənəd imzalanıb.

İmzalanan sənədlərdən biri “Azərbaycan Respublikası Hökuməti ilə
İordaniya Haşimilər Krallığı Hökuməti arasında adi pasport
sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında
Saziş”, digəri isə “Azərbaycan Respublikası Energetika Nazirliyi
ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar
Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumu”dur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir