Rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Baş səhifə

Bakı.Trend:

İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən,
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi
şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-31° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80
%, gündüz 55-65 % olacaq.




Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru
yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə
duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti,
dağlarda gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə 27-29° isti
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir