Gəncədə insident: xəstəxananı yandırmaq istədi –

Baş səhifə

Gəncə şəhərində poliklinikada insident baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş qadın həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə 7 iyul saat 12:50 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb. Məlumata görə, vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətməyə cəhd edib. Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir