
İyulun 9-da Milli Məclisdə ictimai dinləmə keçiriləcək.
Modern.az xəbər verir ki, ictimai dinləmə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasında “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda olacaq.
İctimai dinləmədə rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin yaratdığı yeni imkan və çağırışlar, eləcə də uşaqların sosial şəbəkələrdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

