Xıdırlı yanğın başlayıb: geniş əraziyə yayılıb

Baş səhifə

Ağdam. Trend:

Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində
yanğın baş verib.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, yanğın kəndin açıq sahəsində
qeydə alınıb. Güclü küləyin təsiri nəticəsində alov qısa müddətdə
geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən
qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun
ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində
tədbirlər davam etdirilir.




Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum
deyil.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir