Bakı metropolitenində iş rejimi dəyişdiriləcək

Baş səhifə

Bakı.Trend:

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” Futbol
Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda “Vestri” (İslandiya) ilə keçirəcəyi ev oyununa görə AZCON Holding
şirkətlərindən olan Bakı Metropoliteninin iş rejimi
dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik”
stansiyası “Bakı Metropoliteni” QSC-nin kütləvi tədbirlərlə
əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə
fəaliyyət göstərəcək.




Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat
daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə
təmin olunacaq.

Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi
qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan
sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə
yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da
ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında
hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə
buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti
“Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada
tənzimlənəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir