İranla atəşkəs mənim üçün bitib –

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövqeyini sərtləşdirərək artıq Tehranla razılaşma əldə etmək istəmir.

Metbuat.az xəbər verir ki, Donald Tramp NATO Zirvəsi öncəsi NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında İranla atəşkəsin onun üçün başa çatdığını deyib.

O, İran rəhbərliyini sərt ifadələrlə tənqid edərək Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vurğulayıb.

Tramp ABŞ nümayəndələrinin İranla danışıqlar aparacağını desə də, bunun vaxt itkisi olduğunu düşündüyünü qeyd edib.

ABŞ Prezidenti çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da danışıb. O, Ərdoğanı sevdiyini bildirərək, Türkiyənin güclü orduya malik olduğunu və F-35 qırıcılarını almaq istədiyini deyib.

Tramp həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyə ilə bağlı açıqlamalarına toxunaraq, Ərdoğanla bu barədə danışdığını bildirib.

Bundan başqa, Tramp NATO çərçivəsində xüsusilə İspaniyanı tənqid edib, Qrenlandiya məsələsinə münasibət bildirib və alyans üzvlərinin müdafiə xərclərinə dair narazılığını ifadə edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir