Bakı.Trend:
bp Azərbaycanda mədəni layihələrə dəstəyini genişləndirmək
niyyətindədir.
Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu bp şirkətinin Xəzər
regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan Dövlət
Muzey Mərkəzinin yenilənmiş sərgi zalının, eləcə də “Azərbaycan
təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisinin açılış
mərasimində deyib.
Onun sözlərinə görə, şirkət ölkənin müxtəlif sahələrinin
inkişafına yönəlmiş korporativ sosial məsuliyyət layihələrini
ardıcıl şəkildə həyata keçirir.
Biz fəaliyyətimizi Azərbaycanda yalnız neft-qaz layihələri ilə
məhdudlaşdırmaq niyyətində deyilik. İmkanlarımız çərçivəsində
müxtəlif layihələrdə iştirak etməklə ölkənin ictimai, təhsil,
mədəni və sosial həyatında öz izimizi qoymağa çalışırıq. Uzun illər
ərzində bp əsas diqqəti təhsil təşəbbüslərinə yönəldib. Lakin son
illərdə şirkət mədəniyyət və mədəni irsin qorunması sahəsində
layihələrə dəstəyini fəal şəkildə genişləndirir. Bu layihələri
Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata
keçiririk. Biz mütləq nazirliyin tövsiyələrini nəzərə alırıq, çünki
bu sahənin mütəxəssisi deyilik. Əgər ölkənin zəngin mədəni irsinin
tanıdılmasına az da olsa töhfə verə biliriksə, bu bizi çox
sevindirir. Biz bununla fəxr edirik”, – deyə o vurğulayıb.
B.Aslanbəyli bildirib ki, hazırkı layihə xüsusi əhəmiyyət
daşıyır. Belə ki, layihə ümumi sahəsi təxminən 450 kvadratmetr olan
beş sərgi zalının yenidən qurulmasını və onların müasir
texnologiyalarla təchiz edilməsini nəzərdə tutur. Onun sözlərinə
görə, layihə başa çatdıqdan sonra daimi və müvəqqəti
ekspozisiyalarda 100-ə yaxın incəsənət əsəri nümayiş
etdiriləcək.