
Bakı.Trend:
Balakən rayonu, Katex kəndində bir nəfər sel gəlməsi səbəbindən
çayda köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən
xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan
vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas
edilib.

