
Bakı.Trend:
ABŞ qüvvələri yaxın saatlarda İrana qarşı yeni zərbələr
endirməyi planlaşdırır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO
sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə
görüşü zamanı bildirib.
“Ötən gecə onlara çox güclü zərbə endirdik. Ola bilsin ki, bu
axşam yenidən zərbə endirək”, – deyə ABŞ lideri bildirib.
“Mən onları xəbərdar edəcəyəm: bu axşam onlara güclü zərbə
endirəcəyik. Sonra da nəticənin necə olacağını görəcəyik”, – deyə o
əlavə edib.
Qeyd edək ki, Ağ Ev rəhbəri bir müddət əvvəl İranla atəşkəsin
başa çatdığını, hərbi əməliyyatların bərpa olunduğunu elan
edib.

