
Bakı.Trend:
Fransanın 200 nəfər hərbçidən ibarət kontingenti İsveçin
şimalında yerləşən Buden şəhərinə dislokasiya olunacaq.
Bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, hərbçilərin göndərilməsi ilə
bağlı qərar iyulun 8-də Ankarada keçirilən NATO sammiti
çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə İsveçin Baş
naziri Ulf Kristerssonun görüşündə qəbul ediləcək.
Hələlik söhbətin Fransanın hansı hərbi bölməsindən getdiyi
dəqiqləşdirilməyib. Lakin məlumatda subarktik şəraitdə qış döyüş
əməliyyatları üzrə ixtisaslaşmış dağ qoşunlarının adı çəkilir.
Bundan əvvəl “Bild” qəzeti yazmışdı ki, NATO Rumıniyadan
Finlandiyayadək alyansın şərq sərhədləri boyunca “Eastern Flank
Deterrence Initiative” kod adı altında kompleks rəqəmsal müşahidə
sistemi yaratmağı planlaşdırır.
Nəşrin məlumatına görə, layihənin əsas məqsədi Rusiya
qoşunlarının hərəkətini real vaxt rejimində izləməkdir.

