Makronun gün eynəyi Ərdoğanın təbəssümünə səbəb olub

Baş səhifə

Bakı.Trend:

Fransa Prezidenti Emmanuel Makronun NATO sammitində gün eynəyi
ilə görünməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbəssümünə
səbəb olub.

Foto çəkilişi mərasimindən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan və NATO-nun baş katibi Mark Rutte sammit iştirakçılarını
şəxsən qarşılayıblar.

Fransa Prezidenti Emmanuel Makron NATO liderlərinin Ankarada
keçirilən birgə foto çəkilişi mərasiminə gün eynəyi ilə qatılıb. Bu
isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbəssümünə səbəb
olub. Ərdoğan Fransa Prezidenti ilə əl sıxarkən təbəssümünü
gizlətməyib.




Qeyd olunur ki, Makronun gün eynəyi ilə ictimai tədbirdə diqqət
çəkməsi ilk hal deyil. Yanvar ayında Davosda keçirilən Ümumdünya
İqtisadi Forumunda da onun gün eynəyi taxaraq tədbirə qatılması
sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə və istehza
ilə qarşılanmışdı.

Bundan əlavə, bir gün əvvəl Türkiyə Prezidentinin xanımı Əminə
Ərdoğan rəsmi salamlaşma zamanı Emmanuel Makronun onun əlini
öpməsinə imkan verməmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir