
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi Zirə FK doğma meydanda Gürcüstanın FC Torpedo Kutaisi komandası ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, görüşə fəal başlayan “Zirə” hesabı 32-ci dəqiqədə açıb. Braziliyalı müdafiəçi Ruan Renato fərqlənərək komandasını önə çıxarıb və ilk hissə Azərbaycan təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissənin əvvəlində meydan sahibləri üstünlüyünü daha da artırıblar. David Volkov 48-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı 2:0 edib.
Beləliklə, “Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk görüşündə “Torpedo” üzərində 2:0 hesablı qələbə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.
21.12
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Torpedo” (Gürcüstan) oyunu başlayıb.
Metbuat.az xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir. Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

