ABŞ İranla uzunmüddətli münaqişə istəmir – Tramp:

Baş səhifə

Bakı. Trend:

ABŞ İranla uzunmüddətli münaqişəyə can atmır və bundan sonrakı
hər hansı hadisələr çox sürətlə inkişaf edəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp NATO sammitinin yekunlarına
dair Ankarada keçirilən mətbuat konfransında bildirib.

“Xeyr, baş verəcək hər şey çox sürətlə baş verəcək. Biz
uzunmüddətli ssenariyə hesablanmamışıq”, – deyə D.Tramp
bildirib.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir