Konfrans Liqası: "Zirə" darmadağınla başladı

Baş səhifə

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun başa çatıb.

Modern.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.

(AZƏRTAC)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir