Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb – YENİLƏNİB

Baş səhifə

Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli məlumatına görə, “VAZ 2107 ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə sıxılı vəziyyətdə yaralı olaraq qalan daha bir nəfər də xilas edilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

21:34

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə iki avtomobil toqquşub. Qəza zamanı iki qadın və bir kişinin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir