Samuxda ağır qəza: Ölənlər var

Baş səhifə

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, “VAZ 2107″ ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Qəza yerinə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə sıxılı vəziyyətdə yaralı olaraq qalan daha bir nəfər də xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir