Zelenski: Trampla bir neçə ideyanı müzakirə etdik

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə yaxşı görüş oldu. İnsan həyatlarını daha yaxşı qorumaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə göstərilən vacib diqqətə görə minnətdaram.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

“Prezident Trampla mövqeyimizi gücləndirə və sülhü yaxınlaşdıra biləcək bir neçə ideyanı müzakirə etdik. Komandalarımızın bu gün müzakirə olunanları tez bir zamanda tədqiq edəcəyini gözləyirəm. Biz, həmçinin diplomatiyadan da danışdıq, elə etməyə çalışırıq ki, o, işləsin. Bunun baş verməsi üçün məhsuldar işləməyə davam edəcəyik”, – deyə Zelenski qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir