ABŞ İrana qarşı daha bir hücum dalğasını başa vurub – CENTCOM

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu İrana qarşı daha bir seriya zərbəsi endirib və 90
hədəfə hücum edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial
şəbəkəsində məlumat yayıb.




“Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında İranın ticarət
gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini
daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata
keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə
endirib”, – deyə bildirilib.

Komandanlıq hücuma məruz qalan hədəflər arasında hava hücumundan
müdafiə sistemlərini, sahil müşahidə sistemlərini, raket və dron
saxlama yerlərini və hərbi logistika infrastruktur obyektlərini
göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir