Almaniyada saatda 700 kilometr sürət yığan dron sınaqdan keçirilib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Quantum Systems” şirkəti uçuş zamanı saatda 700
kilometr sürətə çatan “Apex Recordhunter” dronunu sınaqdan
keçirib.

Bu barədə xarici mediada məlumat yayılıb.

Məlumata əsasən, əgər təyyarə Beynəlxalq Aviasiya Federasiyası
tərəfindən təsdiqlənərsə, dünyanın ən sürətli elektrikli təyyarəsi
olacaq.




Şirkət hazırda nəticənin rəsmi təsdiqini gözləyir və daha iki
rekord vurmağı planlaşdırır.

Elektrikli təyyarələr üzrə hazırkı dünya rekordu əvvəllər 555,9
kilometr/saat sürətə çatan “Rolls-Royce Spirit of Innovation”a
məxsusdur.

“Quantum Systems” şirkəti vurğulayıb ki, “Apex Recordhunter”
qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün yaradılıb. Layihə
üzərində iş bir ildən çox davam edib və hazırkı nəticə yalnız
aralıq nəticə hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir