“Qarabağ” Avropa Liqasında mübarizəyə başlayır

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 2026/27
mövsümündə mübarizəyə başlayacaq.

Liqanın oyun cədvəlinə əsasən, Ağdam təmsilçisi 1-ci təsnifat
mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna
çıxacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş
saat 20:00-da başlayacaq. Matçı Roman Jitar (Moldova) idarə
edəcək.

“Vestri” Azərbaycan klublarının rəqibləri arasında
yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci
liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa
kuboklara qatılır və debüt matçları da məhz Bakıda, “Qarabağ”a
qarşı olacaq.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada
keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya,
Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə
qarşılaşacaq. “Qarabağ” – “Vestri” cütünün məğlubu isə Konfrans
Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya)
– RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.




Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk
oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri”
(İslandiya)

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol,
Andrey Bregutse (Moldova)

VAR: Luka Çibelli (İsveçrə)

AVAR: Anoen Kanaqasinqam (İsveçrə)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir