
Bakı. Trend:
Bu gün ABŞ-nin İrana hərbi hava hücumları ilə Tehran-Məşhəd
dəmiryolu xəttinin bir hissəsinin vurulması nəticəsində qatarların
hərəkəti dayanıb.
Bu barədə İranın Dəmir Yolları Şirkəti məlumat yayıb.
Məlumata görə, texniki komandalar və əməliyyat işçiləri dərhal
həmin ərazinə göndərilib. Xəsarət alan hissənin təmir olunması üçün
işlər aparılır. Bu işlərin qısa müddətdə başa çatdırılmasına səy
göstərilir.
İranın Dəmir Yolları Şirkəti qatarların hərəkətini dayandırması
nəticəsində sərnişinlərin avtobuslarla daşınması üçün lazımi
işlərin görüldüyünü bildirib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu gün
verdiyi açıqlamaya görə, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz
boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə
hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı
əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90
hərbi hədəfinə zərbə endirib.
İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə
tutduğunu bildirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

