76 kq narkotik vasitə dövriyyədən çıxarılıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

76 kq narkotik vasitə və 2000 ədəd psixotrop həb dövriyyədən
çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının
alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Belə ki,
Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər
narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov,
Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar. Onlardan 76
kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və
2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici
ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu
ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil
etdikləri müəyyən edilib.




Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir