
Bakı. Trend:
Qırğızıstanın “Asman Airlines” aviaşirkətinə məxsus,
Bişkek–Razzakov marşrutu üzrə uçuş həyata keçirən sərnişin
təyyarəsi texniki nasazlıq səbəbindən geri dönərək Bişkek hava
limanına eniş edib.
Bu barədə “İnterfaks” agentliyi “Qırğızıstan Hava Limanları”
şirkətinə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, təyyarə normal rejimdə eniş edib.
İnsidentin səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcəyi
bildirilib.
Bu, son bir həftə ərzində Qırğızıstan aviaşirkətlərinə məxsus
təyyarələrlə bağlı baş verən ikinci oxşar hadisədir.
İyulun 7-də “TezJet” aviaşirkətinə məxsus, Bişkek–Oş reysini
yerinə yetirən sərnişin təyyarəsi uçuş zolağında sürət yığarkən
şassilərindən birinin dayağı qırıldığı üçün havaya qalxmanı
dayandırmışdı. Nəticədə təyyarə sol qanadı üzərinə əyilmiş,
həmçinin aviasiya kerosininin sızması baş vermişdi.

