Ceyhun Bayramov eksklav kəndlərin taleyini AÇIQLADI

Baş səhifə

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası istiqamətində işlər davam etdirilir.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə hər iki tərəfdə müvafiq komissiyalar yaradılıb və proses mütəmadi şəkildə davam etdirilir.

“Biz aparılan işin müsbət ilkin nəticələrinə şahid olmuşduq. 13 kilometrə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”, – deyə C.Bayramov bildirib.

Nazir qeyd edib ki, tərəflər arasında müəyyən razılaşmalar əldə olunub:

“Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, esklav kənd məsələləri öz həllini tapacaq”.

Xatırldaq ki, Azərbaycanın Ermənistan ərazisində daxilində yerləşən 4 eksklav (anklav) kəndi mövcuddur: Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvan Muxtar Respublikasına aid olan Kərki kəndi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir