Dağıstanda fövqəladə vəziyyət rejimi elan edilib

Baş səhifə

Bakı.Trend:

Dağıstanın Gərgəbil rayonunda baş verən daşqınlarla əlaqədar
fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Bu barədə rayon administrasiyasının “Telegram” kanalında məlumat
verilib.

Bildirilib ki, daşqın vəziyyətinin pisləşməsi ilə əlaqədar
Fövqəladə Hallar Komissiyası yekdilliklə fövqəladə vəziyyət
rejiminin elan olunmasına qərar verib. Müvafiq sərəncamı rayonun
rəhbəri Maqomedali Taqirov imzalayıb.




Qeyd olunub ki, qərarın qəbul edilməsinə səbəb rayonun bir neçə
kəndində vəziyyətin ağırlaşması və su səviyyəsinin artmaqda davam
etməsidir.

Yerli hakimiyyət sakinləri ehtiyatlı olmağa və rəsmi məlumatları
izləməyə çağırıb.

İyulun 7-8-də yağan güclü yağışlar nəticəsində Dağıstanın bir
sıra yaşayış məntəqələrində daşqınlar baş verib, yollar yuyulub və
elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir