
İyulun 8-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Metbuat.az xəbər verir ki. bu barədə DİN məlumzat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

