Növbəti enerji auditorlarına ixtisas attestatı təqdim edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn
tələblərə uyğun olaraq keçirilmiş attestasiyanın 3 nəfər qalibi
müəyyən edilib və onlara enerji auditinin həyata keçirilməsi üzrə
ixtisas attestatları təqdim edilib.

Təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata
keçirilməsi ixtisas kateqoriyaları üzrə cari ilin 29-30 iyun
tarixlərində keçirilmiş attestasiyada hər iki ixtisas kateqoriyası
üzrə 6 hüquqi şəxs tərəfindən 8 fiziki şəxsin namizədliyi təqdim
edilib. Onlardan “Prime Energy Consulting” MMC-nin nümayəndələri
Ağazadə Mircəfər Ağasəfər oğlu, Novruzlu Röyal Ehtiram oğlu və “MSN
Enerji Xidmətləri” MMC-nin nümayəndəsi İmanov Şahin Elçin oğlu uğur
qazanıb.




Enerji auditi xidmətləri göstərən hər iki təşkilatın
nümayəndələrinə enerji auditinin həyata keçirilməsi üzrə ixtisas
attestatları təqdim edilib.

Təqdimat zamanı enerji resurslarından səmərəli istifadə,
itkilərin azaldılması və səmərəliliyin artırılması baxımından
enerji auditorlarının peşkar fəaliyyətinin mühüm əhəmiyyətindən
danışılıb, auditlərin müəssisə və binalarda enerji istehlakının
təhlili, itkilərin müəyyənləşdirilməsi və qənaət potensialının üzə
çıxarılması üçün vacib alət olduğu vurğulanıb. Məcburi enerji
auditi subyektləri üzrə proseslər və qarşıda duran planlarla bağlı
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir