Qarabağ turizmin inkişafı üçün böyük potensiala malikdir – Florian Zenqstşmid

Baş səhifə

Bakı.Trend:

Qarabağ Azərbaycanın turizm sektorunun inkişafı üçün böyük
potensiala malikdir.

Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan Turizm
Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “İqtisadi artımın
və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm
potensialının reallaşdırılması” mövzusunda keçirilən tədbirdə
deyib.

Onun sözlərinə görə, regionların inkişafı turizm sahəsində
dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır və
hazırlanması yekun mərhələdə olan yeni Dövlət Proqramında da öz
əksini tapıb.

“Turizm müxtəlif sahələri birləşdirən sektordur və kompleks
yanaşma tələb edir. Turizmdən danışarkən biz yollardan, elektrik
təchizatından və turist keyfiyyətli xidmət almamışdan və səfərdən
müsbət təəssürat qazanmamışdan əvvəl yaradılmalı olan bütün zəruri
infrastrukturdan danışırıq. Yeni Dövlət Proqramı, ilk növbədə
regionlarda turizm sektorunun inkişafı üçün müxtəlif dövlət
qurumlarının səylərinin birləşdirilməsinə yönəlib. Azərbaycanda
turizm sektorunda təxminən 178 min nəfər çalışır və onların 73
faizi regionların payına düşür. Turizm sahəsində çalışanların
dörddə üçü məhz regionlarda fəaliyyət göstərir”, – deyə
F.Zenqstşmid vurğulayıb.

Onun sözlərinə görə, regionlardakı turizm istiqamətləri müxtəlif
inkişaf mərhələlərindədir.




“Qış turizm kurortları daha yetkin inkişaf mərhələsindədir.
Qəbələdə kiçik biznesin iştirakı ilə turizm istiqamətinin
inkişafına yönəlmiş iri layihə həyata keçirilir. Naftalan üçün isə
strateji yanaşmanın yenilənməsi və hədəf bazarların
şaxələndirilməsi zəruridir. Mən həmçinin gələcəkdə turizmin
inkişafı üçün böyük potensiala malik ərazi kimi Qarabağı da xüsusi
qeyd etmək istərdim”, – deyə F.Zenqstşmid bildirib.

O vurğulayıb ki, prioritet məsələlər sırasında nəqliyyat
əlçatanlığının, o cümlədən “son mil” infrastrukturunun inkişafı,
eləcə də dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi
qalır.

“Bu məsələlər yeni Dövlət Proqramına daxil edilib və proqramın
qarşıdakı dörd il ərzində dövlət qurumları ilə özəl sektorun
iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur”, – deyə o əlavə
edib.

Ölkəyə gələn turist axınının strukturundan danışan F.Zenqstşmid
qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və iri bazarlarla
qonşuluğu nəzərə alınarsa, turist axınlarının müəyyən bazarlarda
cəmləşməsi təbii haldır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir