Bəhreyndə ümumilli həyəcan

Baş səhifə

Bakı.Trend:

ABŞ-İran eskalasiyalarının yenidən alovlanması fonunda Bəhreyndə
ümumilli həyəcan elan edilib.

Bu barədə “Al-Jazeera” telekanalı Bəhreynin Daxili İşlər
Nazirliyinə istinadən xəbər verir.




İrandan raket və dron hücumları ilə əlaqədar bütün ölkə
ərazisində olan sakinlərə və xarici vətəndaşlara ən yaxınlıqdakı
təhlükəsiz obyektlərə sığınmaq və təşvişə düşməmək tapşırılıb.

Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldı.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir