İranın Çabahar limanı fəaliyyətini davam etdirir

Baş səhifə

Bakı. Trend:

Ötən gecə ABŞ-nin hərbi hava hücumları nəticəsində vurulmasına
baxmayaraq İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan
vilayətinin Çabahar limanı fəaliyyətini davam etdirir.

Bu barədə İranın Limanlar və Dənizçilik Təşkilatının Sistan və
Bəluçestan vilayəti üzrə idarəsinin məlumatında qeyd olunub.

“Ötən gecə ABŞ-nin Çabahar hava limanına hava hücumları
nəticəsində dəniz trafiki nəzarət mərkəzinin binasına xəsarət
dəyib. Bu hadisə nəticəsində heç bir ölüm halı və əsas
avadanlıqlara ziyan dəyməyib”, – deyə məlumatda qeyd olunur.

Bu hadisəyə baxmayaraq, Çabahar limanında məhsulların yüklənməsi
və boşaldılması əməliyyatı həyata keçirilir.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün verdiyi
açıqlamaya görə, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında
İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək
qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir
hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi
hədəfinə zərbə endirib.




İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə
tutduğunu bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir