SOCAR və “Technip Energies” Anlaşma Memorandumu imzalayıb

Baş səhifə

Bakı. Trend:

SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında Anlaşma
Memorandumu imzalanıb.

SOCAR-dan verilən məlumata görə, sənəd “Petkim Master Plan”
layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən
edilməsini nəzərdə tutur.

Qeyd edilib ki, memorandum SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə
“Technip Energies Italy” şirkətinin baş icraçı direktoru Karlo
Korsi arasında keçirilən görüşdə imzalanıb.




“Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış
uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı
əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik
istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və
enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün
əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə
“Technip Energies Italy S.p.a.” şirkətinin iştirakı imkanlarına,
yaşıl enerji və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair
fikir mübadiləsi aparıblar”, – deyə məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir