MİQ imtahanının vaxtı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə test
imtahanlarına start veriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
(MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan
İsmayılbəyli mətbuata açıqlamasında məlumat verib.

O bildirib ki, artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Bu
həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın
keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək:

“2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu
mərhələsi 3–10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində 46505
müraciət daxil olub, 40574 namizəd ərizəsini təsdiqləyib və 38651
namizədin ərizəsi qəbul edilib.

Qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının
ödənilməsindən azad edilib, 28794 namizəd üçün isə 6–9 iyul
tarixlərində ödəniş sistemi aktiv olub. Qeyd edim ki, ödəniş
prosesi bu gün saat 15:00-da yekunlaşacaq”.




Müdir müavini xatırladıb ki, bu il ilk dəfə olaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən
müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil
edilir.

“Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid
ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və
ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad
olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri
vasitəsilə avtomatik yoxlanılıb.

Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün
videotəlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda
paylaşılmış, eyni zamanda proses boyunca zəruri texniki və
informasiya dəstəyi göstərilmişdir.

Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən
21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını
təsdiqləyib”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir