Xamenei dəfn olunur

Baş səhifə

Bakı.Trend:

ABŞ-İran arasında yeni eskalasiyalar fonunda İranın Məşhəd
şəhərində ölkənin mərhum ali dini lideri Əli Xameneinin dəfn
mərasimi başlayıb. Məşhəd onun doğulduğu şəhər olub.

Matəm yürüşü İmam Rza istiqamətində bir neçə kilometrə qədər
uzanıb.




Gecə saatlarında şiələrin müqəddəs ziyarətgahına gələn çoxsaylı
iranlılar Məşhədin mərkəzi meydanını tərk etməyiblər. Onların
bəziləri istirahət etmək üçün məqbərənin divarları yaxınlığında
özlərinə yer hazırlayıblar.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin zərbələri
nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də
Tehranda başlayıb. Tədbirdə ən azı 100 ölkədən gəlmiş yüksək
səviyyəli nümayəndə heyətləri iştirak ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir