
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex
çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması
barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə
qoşunlarının qüvvələri əraziyə cəlb olunub.
“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda
köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib”, – deyə
məlumatda qeyd edilib.

