
Bakı.Trend:
2026-cı ilin iyun ayı Qərbi Avropada meteoroloji müşahidələr
tarixinin ən isti iyun ayı kimi qeydə alınıb.
Bu barədə Avropanın “Kopernik” Yerin müşahidəsi və
xəritələşdirilməsi xidmətindən bildirilib.
Məlumata əsasən, regionda orta temperatur 20,74 dərəcə Selsi
təşkil edib və ötən il qeydə alınmış rekord yenilənib.
Bu göstərici 1991-2020-ci illər üzrə iyun ayının orta
temperaturundan 3 dərəcədən çox yüksəkdir.
“European Centre for Medium-Range Weather Forecasts” nümayəndəsi
Samanta Bercess bildirib ki, iyun ayında qeydə alınan temperatur
iqlimdə baş verən ciddi dəyişiklikləri əks etdirir.
Onun sözlərinə görə, getdikcə daha intensiv istilik dalğaları
dünya okeanının səthinin isinməsi və bunun nəticəsində Avropa və
onun hüdudlarından kənarda insanlar, ekosistemlər və infrastruktur
üçün risklər artır.
Bundan əvvəl də bildirilmişdi ki, 2026-cı ilin iyun ayında dünya
okeanının orta səth temperaturu 20,98 dərəcə selsi ilə rekord həddə
çatıb.

