MİQ imtahanlarının tarixləri elan olundu – SİYAHI 

Baş səhifə

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı məlumat açıqlanıb.

Modern.az xəbər verir ki, 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı tarixlər elan edildi. Sabah gün ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir