
Bakı.Trend:
Floridada Donald Trampın Mar-a-Laqo iqamətgahından bir neçə
kilometr məsafədə yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının
adının dəyişdirilməsi qüvvəyə minib.
İyulun 9-dan etibarən hava limanı “Prezident Donald C. Tramp
adına Beynəlxalq Hava Limanı” adlanır. Müvafiq qərar Florida
hakimiyyəti tərəfindən bu ilin fevralında təsdiqlənmişdi.
Bundan əlavə, avqustun 18-dən hava limanının Beynəlxalq Hava
Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişəcək. Hazırda
istifadə olunan PBI kodunun əvəzinə ABŞ prezidentinin baş
hərflərinə uyğun olaraq DJT kodu tətbiq ediləcək.

