Ukrayna yaxın günlərdə ABŞ-dən zenit raketləri alacaq – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yaxın
günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketlərinin yeni partiyasını
göndərəcək.

O, jurnalistlərə açıqlamasında qeyd edib ki, Vaşinqtondan
gözlənilən tədarükə əlavə olaraq, NATO sammiti çərçivəsində
avropalı tərəfdaşlarla da əlavə PAC-3 sistemlərinin alınması barədə
razılaşmalar əldə olunub.




“Yaxın günlərdə ABŞ-dən bir partiya qəbul edəcəyik. Bundan
başqa, avropalı tərəfdaşlarla da ayrıca razılaşmalarımız var.
Hələlik dəqiq tarixlər müəyyən edilməyib, lakin əlavə PAC-3
sistemləri də təqdim olunacaq”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampa Ukraynada “Patriot” sistemlərinin istehsalı üçün lisenziyanın verilməsi ilə
bağlı müsbət qərara görə təşəkkür edib. Onun sözlərinə görə,
hazırda dünyada yalnız bir neçə ölkə bu texnologiyanı istehsal
etmək imkanına malikdir və ABŞ Ukraynanı da belə ölkələrdən biri
kimi qiymətləndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir