“Şamaxı” “Qəbələ”dən yarımmüdafiəçi transfer etdi

Baş səhifə

Bakı. Trend:

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını
davam etdirir.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.




Bölgə təmsilçisi “Qəbələ” klubundan Emil Süleymanovu transfer
edib. Yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.

Xatırladaq ki, “Şamaxı” bunadək Azər Bağırov (baş məşqçi, “Kəpəz”), Sənan Muradlı (“Sumqayıt” – icarə) Emin Rüstəmov
(“Karvan-Yevlax”), Uğur Cahangirov (“Karvan-Yevlax”), Ceyhun
Bağırzadə (“Qəbələ-2”), Okan Təhməzli (“Qəbələ”) və Hacıəli
Şirəliyevi kluba cəlb edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir