“Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə “Startap” şəhadətnaməsi almış KOB
subyektlərinin ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə
18% artıb.

“Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin
fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur.
Aparılmış təhlillərə əsasən bir sıra startaplarda biznes
fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən
edilib. 2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə
aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü
ildəki 3,2 milyon manatdan 2025-ci ildə 6,1 milyon manata
yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə
çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da
18% artım deməkdir.

Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr
əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat
və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması
sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış
startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim
ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr
cəlb ediblər.




Bu göstəricilər “Startap” şəhadətnaməsinin innovativ bizneslərin
formalaşmasına, məşğulluğun artmasına və startapların iqtisadi
fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərdiyini nümayiş
etdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq
subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə
mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər.
“Startap” şəhadətnaməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) tərəfindən verilir. İndiyədək 282 KOB subyektinə “Startap”
şəhadətnaməsi verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir