
Azərbaycan gəmilərin ballast sularına dair beynəlxalq konvensiyaya qoşulur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2004-cü il fevralın 13-də London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikası 2004-cü il fevralın 13-də London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulur.
Konvensiya gəmilərin ballast suları və çöküntüləri vasitəsilə zərərli su orqanizmləri və patogenlərin yayılmasının qarşısının alınması, dəniz mühitinin mühafizəsi və ballast sularının beynəlxalq standartlara uyğun idarə olunmasını nəzərdə tutur.

