Xamenei ilə vida mərasimlərində 40 milyondan çox insan iştirak edib

Baş səhifə

Bakı.Trend:

İran və İraqda İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida
mərasimlərinə on milyonlarla insan qatılıb ki, bu da indiyədək
qeydə alınmış ən yüksək göstərici hesab olunur.

Bu barədə “Press TV” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, matəm tədbirlərində təxminən 43
milyon nəfər iştirak edib ki, bu da onları “dünyanın indiyədək
şahidi olduğu ən möhtəşəm yürüş”ə çevirib.




ABŞ və İsrailin zərbələri nəticəsində fevralın 28-də həlak olan
Əli Xamenei ilə vida mərasimləri iyulun 3-də Tehranda başlayıb.
Tədbirdə azı 100 ölkədən gəlmiş yüksək səviyyəli nümayəndə
heyətləri iştirak ediblər.

Həlak olmuş ali dini lider iyulun 9-da doğulduğu Məşhəd
şəhərində dəfn edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir