
Kəlbəcər. Trend:
Kəlbəcərdə mina partlayışı baş verib.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, hadisə Kəlbəcərin Laçın rayonu
ilə sərhəd ərazisində qeydə alınıb.
Hadisə zamanı insanlar arasında xəsarət alan olmayıb. Partlayış
nəticəsində üç baş xırdabuynuzlu heyvan yaralanıb.
Qeyd edək ki, sözügedən ərazidə buna bənzər mina partlayışı
halları daha əvvəl də qeydə alınıb.

