Vasitəçilər İranla ABŞ-ni barışdırmağa çalışır

Baş səhifə

Bakı. Trend:

Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının
nümayəndələri ABŞ və İran rəhbərliyi ilə iki ölkə arasında
gərginliyin azaldılması və onların birbaşa danışıqlara qayıtmasına
nail olmaq məqsədilə bir sıra telefon danışıqları aparıblar.

Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Tərəflər arasında eskalasiyaların səngiməsi məqsədilə və daha
sonra texniki qruplar arasında danışıqların növbəti mərhələsinin
tarixini müəyyənləşdirmək üçün genişmiqyaslı diplomatik səylər
göstərilir”, – deyə portalın həmsöhbətlərindən biri bildirib.




Vasitəçi ölkələrin nümayəndələri hesab edirlər ki, onlar artıq
gərginliyin qismən azaldılmasına nail olublar. Bu məlumatı “Axios”un ABŞ-dəkı diplomatik mənbəsi də təsdiqləyib.

Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldı.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir