İran Hörmüzə nəzarət etmir – CENTCOM

Baş səhifə

Bakı. Trend:

İran Hörmüz boğazına nəzarət etmir.

Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM)
Hörmüz boğazından keçidi yalnız İranın müəyyən etdiyi konkret
marşrutlar üzrə mümkün olduğuna dair rəsmi Tehranın bəyanatını
təkzib edərkən bildirib.

CENTCOM-un bəyanatına görə, Amerikalı hərbçilər 800-dən çox
ticarət gəmisinin dəniz yolu ilə təhlükəsiz tranzitini təmin
ediblər.




“İran Hörmüz boğazına nəzarət etmir. May ayının əvvəlindən bəri
Amerikalı hərbçilər 800-dən çox ticarət gəmisinin və 380 milyon
barreldən çox neftin bu önəmli beynəlxalq nəqliyyat dəhlizindən
uğurlu keçidinə şərait yaradıb”, – deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir