Göyçayda iki avtomobil toqquşdu –

Baş səhifə

Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar avtomobil yolu istiqamətində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər hərəkət iştirakçısı “VAZ-2106” markalı minik maşını ilə toqquşaraq yol kənarında olan işıq dirəyinə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin verilən məlumata görə, qəza nəticəsində bir nəfər xəsarət alıb. Minik maşınlarına isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir