
Bakı.Trend:
Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) “K2 Airways” aviaşirkətinə
məxsus, Şarjadan Kəraçiyə uçan və göyərtəsində beş ekipaj üzvü olan
Boeing 737-400 yük təyyarəsinin yeni qalıqlarını aşkar edib.
Bu barədə “Dawn” qəzeti Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA)
istinadən məlumat yayıb.
Yük təyyarəsi çərşənbə axşamı axşam saatlarında Kəraçi liman
şəhərindən 250 kilometr qərbdə, Ərəb dənizi üzərində radarlardan
itib. PCAA-nın bəyanatına görə, Pakistan HDQ-si və Dəniz
Təhlükəsizliyi Agentliyinin birgə davam edən əməliyyatı
çərçivəsində, Ormara limanından 100 kilometr aralı açıq dənizdə
dənizin dibindən təyyarənin yeni qalıqları çıxarılıb.
Bildirilibki, həmin fraqmentlər qəzanın səbəblərinin
müəyyənləşdirilməsi məqsədilə sonrakı təhlil üçün istintaq qrupuna
təhvil veriləcək.

